Amerika, İngiltərə, Almaniya, İtaliya və Fransa birgə bəyanat yayaraq bir daha qatil sionist rejimi dəstəklədilər.
Az.rasthaber.com xəbər verir ki, Amerika və onun müttəfiqləri olan sionist rejim İsrailin törətdiyi bütün fəlakətlərdən sonra bu dəfə Yaxın Şərqdə gərginliyin artmasını istəmədiklərini iddia ediblər.
İsrailin "Haaretz" qəzetinin məlumatına görə, Amerika prezidenti, Böyük Britaniyanın baş naziri, Almaniya kansleri, İtaliyanın baş naziri və Fransa prezidenti də HƏMAS və sionist İsrail rejimi arasında gələn cümə axşamı keçiriləcək dolayı danışıqlar sessiyalarının təşkilini dəstəkləyiblər.
Bu sessiyada 115 israilli məhbusun azad edilməsi və Qəzzada atəşkəsin yaradılması müzakirə olunacaq.
Bu bəyannamədə bu sessiyanın məqsədinin ən qısa zamanda razılığa gəlmək və vaxt itkisinin qarşısını almaq olduğu iddia edilib.
Qərb ölkələrinin liderləri sionist rejimin Qəzzada törətdiyi qətllərə göz yumub, eyni zamanda bütün tərəflərdən öz öhdəliklərinə əməl etməyi və humanitar yardımların çatdırılması üçün qapıları açıq saxlamağı xahiş ediblər.