ABŞ-ın “Truman” təyyarədaşıyan gəmisi bölgəni tərk edir.
Az.rasthaber.com xəbər verir ki, ABŞ rəsmisi Əl-Cəzirə telekanalına Truman təyyarədaşıyıcısının tezliklə Yaxın Şərq bölgəsindən ayrılacağını təsdiqləyib.
Adını açıqlamayan rəsmi əlavə edib ki, onun başqa bir təyyarədaşıyıcı ilə əvəzlənməsi ilə bağlı danışıqlar davam edir.
Yəmən Ənsarullah Hərəkatının lideri Yəmən qüvvələrinin təsirli hücumları nəticəsində Truman təyyarədaşıyan gəmisinin müdafiə mövqeyinə keçdiyini açıqlamışdı.
ABŞ rəsmisi deyir ki, Tramp administrasiyası sonda Yəməndəki Ras İsa neft limanını bombalamağa qərar verib