Hava zərbələri zamanı 1 uşaq ölüb, 3 mülki vətəndaş yaralanıb.
Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ-ın "Suriyada İran tərəfindən dəstəklənən qruplaşmaları bombaladıq" dediyi hücumlarda əslində mülki vətəndaşlar ölüb və xəsarət alıblar.
SANA-nın xəbərinə görə, ABŞ Hərbi Hava Qüvvələrinin İraq-Suriya sərhədindəki Deyrəz Zor əyalətində Bukamal rayonundakı əraziyə hava zərbələri zamanı 1 uşaq ölüb, 3 mülki vətəndaş yaralanıb.
ABŞ Müdafiə Nazirliyi də hücumun həyata keçirildiyini təsdiq edib.
Qeyd edək ki, İraq tərəfindən isə 4 Haşdi Şabi döyüşçüsü şəhid olub, 3 nəfər isə yaralanıb.