ABŞ-ın Suriyanın şərqindəki hərbi bazası raket atəşinə tutuldu

ABŞ-ın Suriyanın şərqindəki hərbi bazası raket atəşinə tutuldu

Suriyanın şərqindəki ABŞ bazası bu gün səhər saatlarında raket atəşinə tutulub.

Az.rasthaber.com xəbər verir ki, Deyr əz-Zor şəhərindəki ən böyük qaz yatağında ABŞ qüvvələrinin yerləşdiyi hərbi bazaya edilən bu hücum nəticəsində yanğının baş verdiyi açıqlanıb.

Yerli mənbələr ABŞ bazasının ən azı 10 raketlə vurulduğunu açıqlayıb.

Xatırladaq ki, bu yaxınlarda Suriyanın Deyr əz-Zor şəhərindəki Ömər neft yatağında ABŞ qüvvələrinin yerləşdiyi hərbi bazaya raket hücumu həyata keçirilmişdi.

Xəbəri paylaş

VİDEOLAR