ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak 2012-ci ildən bəri bağlı olan Dəməşq səfirliyini açıb.
Az.rasthaber.com xəbər verir ki, 2012-ci ildən bəri bağlı olan ABŞ-ın Dəməşq səfirliyinə ilk rəsmi səfəri ABŞ-ın Ankaradakı səfiri və həmçinin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak edib.
Reuters-in verdiyi xəbərə görə, səfir Tom Barak Dəməşqdəki səfirliyin iqamətgahına gedib.
Dəməşqdəki səfirliyin binası üzərinə ABŞ bayrağı qaldırılıb.