ABŞ-ın Suriyadakı hərbi bazasına növbəti hücum təşkil edilib

ABŞ-ın Suriyadakı hərbi bazasına növbəti hücum təşkil edilib

Suriyanın şimal-şərqindəki “Kariyetul Hadra” bölgəsindəki ABŞ hərbi bazasına hücum edildiyi açıqlanıb.

Az.rasthaber.com xəbər verir ki, Livanda yerləşən “Al Mayadeen” televiziyasının məlumatına görə, Suriyanın şimal-şərqindəki “Kariyetul Hadra” bölgəsində ABŞ hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil edilib.

Hücumda hər hansı itki olub-olmadığı hələlik məlum deyil.

Bu aksiya HƏMAS-ın yüksək rütbəli siması Salih əl-Arurinin Beyrutda öldürülməsindən bir neçə saat sonra baş verib.

İraq Hizbullahı sionist İsrailin Saleh əl-Arurini qətlə yetirməsinə reaksiya verərək, sionistlərlə mübarizənin davam etdiyini vurğulayıb.

Livanın paytaxtı Beyrutda Həmas ofisinə dünən axşam saatlarında pilotsuz təyyarə ilə həyata keçirilən terror hücumunda Arurinin şəhid olduğu bildirilib.

Xəbəri paylaş

VİDEOLAR