İraq İslami Müqaviməti bölgədəki üç işğalçı Amerika bazasını hədəf aldıqlarını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, İraq İslami Müqaviməti şənbə günü səhər tezdən bir bəyanatda bildirib:
"Biz pilotsuz uçuş aparatları və raketlərlə Suriyanın Əl-Tənf və Əl-Xədra bölgəsindəki amerikalı işğalçıların bazalarını hədəf aldıq".
Açıqlamada bu ifadələrə yer verilib:
“Amerika işğalçı qüvvələrinin İraqın qərbindəki qərargahı olan Ayn əl-Əsəd bazasını raketlə hədəfə aldıq”.
İraq İslam Müqavimətinin raket və pilotsuz təyyarə hücumu ABŞ-ın İraq və Suriyadakı bölgələrə hücumlarından bir neçə saat sonraya təsadüf edib. ABŞ-ın hücumları bir çox mülki şəxsin və İraqın rəsmi hərbi qüvvəsi olan Xalq Səfərbərlik Qüvvələrinin - Həşd əl-Şaabi qüvvələrinin şəhid olmasına və yaralanmasına səbəb olub.