ABŞ-ın Suriyadakı bazasına növbəti PUA hücumu

ABŞ-ın Suriyadakı bazasına növbəti PUA hücumu

Suriyanın şimal-şərqindəki Həsəkə vilayətində ABŞ qüvvələrinin yerləşdiyi Şəddadi bazasına mənşəyi məlum olmayan kamikadze pilotsuz uçuş aparatı (PUA) ilə hücum həyata keçirilib.

Az.rasthaber.com xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, axşam saatlarında Hasəkənin cənubunda ABŞ əsgərlərinin yerləşdiyi Şəddadi bazasına mənşəyi məlum olmayan kamikadze PUA ilə hücum təşkil edilib.

Hücumda hər hansı itki olub-olmadığı məlum deyil.

ABŞ hələlik hadisə ilə bağlı açıqlama verməyib.

İlin əvvəlindən bəri mənşəyi məlum olmayan raket və kamikadze PUA-larla ABŞ qüvvələrinin Suriyada yerləşdirildiyi bazalara ən azı dörd hücum həyata keçirilib.

Xəbəri paylaş

VİDEOLAR