ABŞ-ın Suriyadakı bazası raket atəşinə tutuldu

ABŞ-ın Suriyadakı bazası raket atəşinə tutuldu

Suriyanın Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağının yaxınlığında yerləşən ABŞ-nin hərbi bazası raket hücumlarına məruz qalıb.

Az.rasthaber.com xəbər verir ki, bu barədə yerli radiostansiya hadisə şahidlərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, ABŞ-ın hərbi obyektində bir neçə güclü partlayış səsi eşidilib.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Əl-Cəbsa neft yatağı yaxınlığında (Həsəkə vilayətinin cənubu) Əl-Şəddadidə yerləşən daha bir hərbi bazasına raket sistemlərindən atəş açılıb.

Verilən məlumata görə, hərbi hədəflərə edilən hücumlara görə məsuliyyəti “İraqın İslam Müqaviməti” hərəkatı öz üzərinə götürüb.

Xəbəri paylaş

VİDEOLAR