Suriyanın Deyr əz-Zor və Həsəkə əyalətlərində ABŞ qüvvələrinin yerləşdiyi Harab Cir və Ömər neft yatağı bazalarına yerdən-yerə silahlarla hücumlar həyata keçirilib.
Az.rasthaber.com xəbər verir ki, Suriyadakı yerli mənbələrdən əldə edilən məlumata görə, ABŞ ordusunun Həsəkədəki Harab Cir hava limanındakı bazası və Deyr əz-Zordakı Ömər neft yatağı yerdən-yerə silahlarla hücuma məruz qalıb.
Hücumlar zamanı bazalara və ətrafına raketlərin düşdüyü öyrənildi, lakin ölən və ya yaralananlarla bağlı məlumat verilmədi.
Baza ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.