ABŞ-ın sionist rejimin cinayətlərinə şərikliyi ilə bağlı məlumat

ABŞ-ın sionist rejimin cinayətlərinə şərikliyi ilə bağlı məlumat

2023-cü il 7 oktyabrdan bəri ABŞ İsrail rejiminə hava yolu ilə 500 hərbi təyyarə, dəniz yolu ilə isə 107 gəmi ilə hərbi tədarük edib.

Az.rasthaber.com xarici mediaya istinadən xəbrə verir ki, bu barədə sionist rejimi tərəfindən məlumat verilib.

Qeyd edilən yollarla indiyədək 50 min tondan artıq hərbi yük göndərilib.

Hərbi dəstəyə zirehle maşınlar, hərbi və döyüş sursatları və sair daxildir.

Xatırladaq ki, İsrail 2023-cü ilin 7 oktbyabrından bəri Qəzza sektorunu havadan, sudan və qurudan şiddətli şəkildə bombardman edir – heç bir fərq xəstəxanalar, məktəblər, məscidlər və digər mülki infrastruktur zərbələrə məruz qalır. İsrail ordusu tərəfindən indiyədək 16 mindən çoxu uşaq və 11 mindən çoxu qadın olmaqla, 40 mindən çox günahsız qəzzalı qətlə yetirilib, 93,5 mindən çox (böyük əksəriyyəti uşaqlar və qadınlardır) dinc Qəzza sakini isə yaralanıb, təxminən 10 min nəfər qəzzalıdan isə xəbər yoxdur.

Xəbəri paylaş

VİDEOLAR