“O bizim aramızda təfriqə salmaq və bizi parçalamaq istəyir.”
SalamNews BBC-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın sabiq müdafiə naziri Ceyms Mettis deyib.
ABŞ Ordusunun şəhərlərə yeridilməsi fikirni kəskin tənqid edən sabiq müdafiə naziri son günlərdə ölkədə etirazçıların tələblərini dəstəklədiyini bildirib.
O deyib:
“Əlli il öncə orduya qatıldım. An içdim ki, ölkəni və konstitusiyasını müdafiə edim. Amma yatıb yuxumda da görə bilməzdim ki, həmin andı içənlər öz vətəndaşlarının qanunla təsdiqlənmiş hüquqlarını pozmaq üçün hərəkətə gətirilsinlər.”
O əlavə edib:
“Mənin gördüyüm prezidentlərdən Donald Tramp ilk şəxsdir ki, Amerika xalqını birləşdirmək istəmir. O hətta birləşdirməklə bağlı nümayişkaranə hərəkətlər də etmir. Əksinə o bizim aramızda təfriqə salmağa çalışır.”
C.Mettisin bəyanatından az sonra Tramp ona cavab verib.
Tramp son payaşımında sabiq müdafiə nazirini işdən azad etməsinə görə vaxtında çox şad olduğunu deyib.