ABŞ-ın Qırmızı dəniz qərarına Yəməndən REAKSİYA

ABŞ-ın Qırmızı dəniz qərarına Yəməndən REAKSİYA

Yəmənin müdafiə naziri Məhəmməd Nasir əl-Atifi ABŞ-ın Qırmızı dənizdə beynəlxalq koalisiya yaratmaq planına reaksiya verib.

Az.rasthaber.com xəbər verir ki, Ərəb KİV-lərinin məlumatına görə, Yəmənin müdafiə naziri Məhəmməd Nasir əl-Atifi ABŞ-ın Qırmızı dənizdə beynəlxalq koalisiya yaratmaq planına reaksiya verib.

Nasir əl-Atifi amerikalılara müraciət edərək, “Bizim sizin dəniz donanmalarınızı, gəmilərinizi, sualtı qayıqlarınızı və təyyarə gəmilərini batırmaq üçün imkanlarımız var. “Qırmızı dəniz sənin məzarın olacaq” dedi.

ABŞ müdafiə naziri Lloyd Austin bölgədəki ticarət gəmilərini qorumaq vəzifəsi ilə İngiltərə, Kanada, Fransa və İtaliya da daxil olmaqla bir sıra ölkənin iştirakı ilə koalisiya qüvvələri qurduqlarını açıqlayıb.

Bundan əvvəl ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Vaşinqtonun müttəfiqləri ilə Qırmızı dənizdə Hərbi Dəniz Qüvvələrinin yaradılması ilə bağlı danışıqlar apardığını açıqlamışdı.

Xəbəri paylaş

VİDEOLAR