ABŞ-ın Əl-Tanf bazasına növbəti hücum

ABŞ-ın Əl-Tanf bazasına növbəti hücum

ABŞ-ın Suriyanın Əl-Tənf bölgəsindəki ən böyük hərbi bazasının pilotsuz uçuş aparatları (PUA) ilə hədəf alındığı bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Suriya və İraqda ABŞ qüvvələrinin yerləşdirildiyi hərbi bazalara hücumlar davam edir.

Ərəb mediası ABŞ-ın Suriyanın Əl-Tənf bölgəsindəki ən böyük hərbi bazasının pilotsuz uçuş aparatları (PUA) ilə hədəf alındığını bildirib.

Əl-Tanf bazasında təxminən 900 ABŞ əsgəri var. 20 kvadrat mil ərazini əhatə edən baza Suriya ərazisində, İordaniya və İraqla sərhədlərin yaxınlığında yerləşir. Ona görə də mühüm strateji mövqeyə malikdir. Əl-Tanf hərbi bazası ABŞ tərəfindən 2016-cı ildə yaradılıb. Vaşinqtona bağlı terrorçular da bu bazada yerləşir.

Xəbəri paylaş

VİDEOLAR