ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens şimalda sionist İsrail əsgərlərinə baş çəkib və sərhəddə “artilleriya mərmiləri” imzalayıb. İsrail mətbuatında yer alan xəbərlərə görə, Təl-Əvivə gələn Pens ölkənin şimal sərhədində bir qrup sionist rejim əsgərini ziyarət edib.
Az.rasthaber.com xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Mayk Pens şimalda terrorçu sionist rejim əsgərlərinə baş çəkib və sərhəddə “top güllələri” imzalayıb.
Təl-Əvivə gələn Pens ölkənin şimal sərhədində bir qrup işğalçı İsrail əsgərinə baş çəkib. Bildirilib ki, Livan sərhədində sionist İsrail əsgərlərini ziyarət edən Pens orada top mərmilərinə də imza atıb. İsrailli terrorçularla səmimi söhbət edən Pens, "Biz sizin etdiklərinizi təqdir edirik. Mən artıq ABŞ hökuməti adından danışmıram. Bununla belə, Amerika xalqı adından "yanınızdayıq və davam edəcəyik", - deyə bildirib.
Səfərin fotolarını sosial media platforması X hesabında paylaşan Pens, gördüyü əsgərlərin çoxunun da ABŞ vətəndaşı olduğuna diqqət çəkib.