ABŞ-ın İraqdakı konsulluğu yaxınlığında partlayış olub

ABŞ-ın İraqdakı konsulluğu yaxınlığında partlayış olub

ABŞ-ın İraqın Ərbil şəhərindəki konsulluğu yaxınlığında pilotsuz uçuş aparatının (PUA) qəzaya uğramasından sonra partlayış səsinin eşidildiyi bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Ərbildə yerləşən “Rudaw” internet saytının verdiyi xəbərdə PUA-nın Ərbilin şimal-şərqində, ABŞ konsulluğunun yeni binası yaxınlığında qəzaya uğradığı və konsulluğun hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyi iddia edilib.

Hadisədən sonra bölgənin təhlükəsizlik qüvvələri hadisə yerinə gəlib.

Hadisə ilə bağlı rəsmilər və ya ABŞ-ın Ərbildəki baş konsulluğu tərəfindən hələlik heç bir açıqlama verilməyib.

İraq Kürd Regional Rəhbərliyindəki digər yerli mətbuat orqanları hadisənin heç bir insan itkisi ilə nəticələnmədiyini iddia edib.

Xəbəri paylaş

VİDEOLAR