ABŞ-ın İraqdakı bazasına raket hücumu edilib

ABŞ-ın İraqdakı bazasına raket hücumu edilib

ABŞ rəsmisi İraqın qərbində ABŞ əsgərlərinin yerləşdiyi bazaya raket hücumu edildiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, sğzügedən hücumun İraqdakı bazalara fevral ayından bu yana ikinci hücum olduğunu ifadə edən səlahiyyətli bildirib: 

"Dünən Ayn əl-Əsəd aviabazasına hücum olub, heç bir xəsarət və dağıntıya səbəb olmayıb. Bu, fevralın 4-dən bəri ABŞ qüvvələrinə ikinci hücumdur.".

Sionist İsrailin Qəzza zolağına hücumlarının başladığı 2023-cü ilin oktyabrından ötən fevral ayına qədər İraq və Suriyada ABŞ hərbçilərinə qarşı 165-dən çox hücum həyata keçirilib.

Xəbəri paylaş

VİDEOLAR