ABŞ-ın İraqdakı bazasına hücum

ABŞ-ın İraqdakı bazasına hücum

ABŞ-ın İraqdakı aviabazası raket atəşinə tutulub.

Bu barədə “İnterfax” ərəb ölkələrinin KİV-inə istinadən məlumat yayıb.

Bildirilir ki, raket zərbələri Bağdaddan 70 kilometr məsafədəki “Balad” aviabazasına endirilib. ABŞ-ın koalisiya qüvvələrinin olduğu bazaya naməlum istiqamətdən azı 3 raketin atıldığı qeyd olunur.

İraqın təhlükəsizlik qüvvələri xəbəri təsdiqləyib. Atəş nəticəsində insan tələfatının olmadığı bildirilib.

Digər məlumata görə, İraqın paytaxtı Bağdadın minaatanlardan atəşə tutulması nəticəsində 5 nəfər xəsarət alıb.

Bu barədə “Reuters” polisə istinadən məlumat yayıb. 

Qeyd edək ki, Bağdadın "yaşıl zona”sında partlayış olub. Hökumət binaları və diplomatik nümayəndəliklərin yerləşdiyi ərazidə qeydə alınan partlayışla əlaqədar ABŞ səfirliyinin binasına aparan yol bağlanıb. (report)

Xəbəri paylaş

VİDEOLAR