ABŞ-ın İraqdakı bazası raket atəşinə tutuldu

ABŞ-ın İraqdakı bazası raket atəşinə tutuldu

ABŞ-ın İraqda yerləşən Taci hərbi bazasına raket hücumu edilib.

Rasthaber Azərbaycan İRİNN-ə istinadən xəbər verir ki, ABŞ-ın İraqda yerləşən Taci hərbi bazasına raket hücumu edilib.

“ABŞ hərbçilərinin yerləşdirildiyi Taci bazasının ərazisinə bir neçə raket düşüb”, – deyə təhlükəsizlik orqanlarındakı mənbədən bildirilib.

Hadisə nəticəsində ölənlərin və dağıntıların olub-olmaması barədə məlumat verilməyib.

Sözügedən hərbi bazada həmçinin NATO hərbçiləri də var.

Xəbəri paylaş

VİDEOLAR