ABŞ-ın İraq və Suriyadakı bazalarına PUA hücumu edilib

ABŞ-ın İraq və Suriyadakı bazalarına PUA hücumu edilib

Bu səhərdən bəri ABŞ-ın İraq və Suriyadakı hərbi bazalarına çoxlu sayda İHA hücumları olub.

Az.rasthaber.com xəbər verir ki, Əl Mayadin xəbərlərinin məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, İraqdakı İslami müqavimət qüvvələri Ərbil hava limanında PUA ilə Amerika əsgərlərini hədəfə alıb.

Əl Mayadin Anbar əyalətindəki Ayn əl-Əsəd bazasındakı Amerika əsgərlərinin səhər saatlarından iki dəfə PUA-larla hədəf alındığını açıqlayıb.

Məlumatlı mənbələrdən alınan xəbərdə ABŞ əsgərlərinin Əl Tanfdakı bazasının PUA ilə hədəf alındığı bildirilib.

Amerikanın Suriya və İraqdakı bazalarına bu səhərdən dörd dəfə hücum edilib.

Xəbəri paylaş

VİDEOLAR