ABŞ-ın İraq və Suriyadakı bazalarına hücum edilib

ABŞ-ın İraq və Suriyadakı bazalarına hücum edilib

İraq və Suriyada ABŞ əsgərlərinin yerləşdiyi bazalar İraq İslam Müqaviməti tərəfindən hücuma məruz qalıb.

Az.rasthaber.com xəbər verir ki, İraq və Suriyada ABŞ əsgərlərinin yerləşdiyi bazalara hücumlar davam edir.

İraq İslami Müqaviməti tərəfindən verilən açıqlamada, İraqın qərbində yerləşən Ənbar vilayətində yerləşən Ayn əl-Əsəd Hərbi Hava Bazasına PUA hücumu təşkil edildiyi ifadə edilib:

“İraqın qərbində işğal altında olan Ayn əl-Əsəd bazasına hücum olub. İslam Müqaviməti düşmənin qalalarına zərbələr endirməyə davam edəcək. Hücum ABŞ-ın İraq və bölgədəki işğalçı qüvvələrinə qarşı müqavimətimizin davam etməsinə və sionistlərin Qəzzada xalqımıza qarşı törətdiyi qırğınlara cavab olaraq həyata keçirilib".

Bəyanatda Suriyanın Haseke və Culan bölgələrindəki ABŞ bazalarına da oxşar hücumların təşkil edildiyi ifadə edilərək, "Suriyanın şimal-şərqindəki ABŞ-ın Kasrek bazasına və Culandakı bazaya PUA-larla hücum edilib.", - deyə qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR