ABŞ-ın İrana yeni sanksiyası

ABŞ-ın İrana yeni sanksiyası

ABŞ tərəfi sanksiyalarla bağlı açıqlama veriblər

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir k, ABŞ-ın Maliyyə Nazirliyi İraqdakı iki bazaya raket hücumundan sonra İrana qarşı yeni sanksiyalar tətbiq olunduğunu açıqlayıb.

Maliyyə naziri Stiven Mnucin Ağ Evdə təşkil etdiyi mətbuat konfransında "İranın Amerika və müttəfiq qüvvələrə hücumuna cavab olaraq əlavə sanksiyalar tətbiq edirik" deyib.

Mnuçin hücumla əlaqədar olaraq İranın metal sənayesini və İran hökumət nümayəndələrini hədəf aldıqlarını vurğulayıb.

Qeyd edilir ki,  İranın alüminium, mis, dəmir və polad sektorları ilə yanaşı İraqda fəaliyyət göstərən 17 şirkət, ilə raket hücumunun təşkilində dayaq olduğu bildirilən İranın yüksək səviyyəli 8 səlahiyyətlisinə sanksiya tətbiq edilib.

ABŞ prezidenti Donald Trump 9 yanvarda Ağ Evdə verdiyi açıqlamada İraqda iki bazaya hücumdan dərhal sonra İrana yeni sanksiyalar gətirəcəklərini açıqlamışdı.

Xəbəri paylaş

VİDEOLAR