ABŞ-ın İrana daha bir sanksiyası

ABŞ-ın İrana daha bir sanksiyası

ABŞ Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiya siyahısını açıqlayıb

Amerika Birləşmiş Ştatları (ABŞ) Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiya siyahısını açıqlayıb.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, siyahıya 2 şəxs və 6 şirkət daxil edildi.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat yayılıb.

Bildirilib ki, sanksiya siyahısına salınan şirkətlərdən 4-ü İran Milli Neft şirkəti ilə əməkdaşlıq edir.

Açıqlamada həmçinin qeyd edilib ki, sanksiyalar ilə İranın neft-kimya və xam neft sənayesinə dəstək təmin edən beynəlxalq şəbəkə hədəf götürülüb.

Xəbəri paylaş

VİDEOLAR