"Amerikalıların Fars Körfəzində qanunsuz və təcavüzkarcasına iştirakları əmin-amansızlığa bais olur."
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu sözləri İranın müdafiə naziri briqada generalı Əmir Hatəmi bu gün Tehranda "Ordu günü" münasibətilə keçirilən mərasim zamanı deyib.
Müdafiə naziri ABŞ-ın İran katerlərinin ABŞ ordusunun gəmilərinin yanına yaxınlaşmaqla təxribat yaratdığı ilə bağlı ittihamına cavab verərkən deyib."Fars Körfəzi bölgəsində əmin-amansızlığa bais olan məsələ, əslində amerikalıların qanunsuz və təcavüzkarcasına iştiraklarıdır ki, okeanın o tayından gələrək, bizim sərhədlərimizin kənarında iştirak və yersiz iddialar da edirlər."
"Biz öz evimizdəyik. Onlar isə təhdid və sanksiya ilə region ölkələri üçün problem yaratmaq üçün okeanın o tayından gəliblər.", -deyə Əmir Hatəmi əlavə edib.
Bundan öncə bir ABŞ qırıcısı İranın hava məkanına soxulmağa can atıb, amma İran İslam Respublikasının hava hücumundan müdafiə qüvvələrinin xəbərdarlığı ABŞ qırıcısının öz istiqamətini dəyişməsinə səbəb olmuşdu.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələri Baş Komandanlığı – CENTCOM bir bəyanat verərək, İran Ordusunun hərbi katerlərinin təhlükəli manevr etməkdə ittiham etmişdi.