Parvan koordinasiya mərkəzinin komandiri Alozai Əhmədi Amerikanın Səsinə xarici qüvvələrinin onlara cavab atəşi açdığını bildirib.
Rasthaber Azərbaycan xəbər verir ki, Əfqanıstan paytaxtı Kabil yaxınlığındakı ən böyük Amerika hərbi bazasına bomba və silah hücumu nəticəsində bir nəfər ölüb, əsasən mülki şəxslər olmaqla onlarla insan yaralanıb.
Əfqanıstan hərbi rəsmiləri silahlıların Parvan vilayətindəki Baqram hərbi hava bazasına bitişik istifadə edilməyən xəstəxanaya girməsindən əvvəl intiharçının partlayıcı ilə dolu avtomobili darvazanın qarşısında partlatdığını bildirib.
Parvan koordinasiya mərkəzinin komandiri Alozai Əhmədi Amerikanın Səsinə xarici qüvvələrinin onlara cavab atəşi açdığını bildirib.
Taliban nümayəndəsi hücumun hələ də davam etdiyini iddia edib. ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiya isə hücumun qarşısının "tez bir zamanda alındığnı" bildirib.
"Voa"nın xəbərinə görə, Baqram əyalətinin qubernatoru Əbdul Şükür Qudosi 87 adamın yaralandığını və bir qadının öldüyünü bildirib.
Yaralılar arasında Gürcüstan Respublikasından olan və ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın tərkibində olan 5 hərbçi də var. Xəsarət alanların əksəriyyəti əfqanlar olub.
Gürcüstanın Müdafiə nazirliyinin bildiridiyinə görə, ABŞ-ın Əfqanıstanda başçılıq etdiyi missiyanın təkibində qulluq edən Gürcüstanın beş əsgərləri yaralananlar arasındadır. Hücum nəticəsində ABŞ və ya koalisiya qüvvələri arasında itki olmayıb.
Yerli əfqanlara xidmət etmək üçün tikilən tibb məntəqəsinə ziyan dəyib.
Taliban hücuma görə məsuliyyəti öz üzərinə götürüb.