ABŞ-ın dövlət borcu rekord həddə artdı

ABŞ-ın dövlət borcu rekord həddə artdı

CBS telekanalının məlumatına görə, yanvarın 1-dən bəri ABŞ-ın dövlət borcu 1,5 trilyon dollar artıb.

 Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki,  ABŞ federal hökumətinin borc öhdəliklərinin ümumi həcmi rekord səviyyəyə - 24,5 trilyon dollara çatıb. Buna həm də korona virusuyla mübarizə çərçivəsində həyata keçirilən tədbirlər səbəb olub.

  CBS telekanalının məlumatına görə, yanvarın 1-dən bəri ABŞ-ın dövlət borcu 1,5 trilyon dollar artıb.

   Aprelin 22-də ABŞ prezidenti Donald Tramp korona virusu pandemiyasının nəticələrinin aradan qaldırılması üçün ayrılan vəsaitlə bağlı Birləşmiş Ştatların dövlət borcunun artmasının onu narahat etmədiyini deyib.

  D.Trampın mart ayının sonlarında iqtisadiyyatı stimullaşdıran 2 trilyon dollar həcmində tədbirlər barədə imzaladığı qanun layihəsi əsasən işsizlik üzrə müavinətlər, xəstəxanalara yardımlar və bəzi sahələrə maliyyə dəstəyini nəzərdə tutur.  

  “The Washington Post” qəzeti də korona virusunun yayılması fonunda cari il ABŞ-ın dövlət və korporasiya borclarının artaraq rekord həddə çatacağı barədə məqalə dərc etmişdi. Proqnozlara görə, cari ildə federal büdcənin xərcləri gəlirlərini 4 trilyon dollar üstələyəcək.

  Hazırda ABŞ “Covid-19”a yoluxma və ölüm hallarının sayına görə dünyada birinci yerdədir. Belə ki, Birləşmiş Ştatlarda 849 mindən çox yoluxma və 47 min 684 ölüm faktı qeydə alınıb.

Xəbəri paylaş

VİDEOLAR