Corciya ABŞ-da yerli iqtisadiyyatın yenidən fəaliyyətə başlaması üçün geniş addımlar ataraq, idman zalları, gözəllik salonları və restoranlar kimi bizneslərin açıldığı ilk ştatdır.
Rasthaber Azərbaycan voa-ya istinadən xəbər verir ki, ABŞ-ın bəzi ştatları ölkə üzrə koronavirus nəticəsində ölüm hallarının sayının artmaqda davam etməsinə baxmayaraq, koronavirusun yayılmasının qarşısının alınması səyləri çərçivəsində bizneslər üçün tətbiq edilmiş məhdudiyyətlərin tədricən yüngülləşdirilməsinə başlayır. Birləşmiş Ştatlarda xəstəlik nəticəsində ölənlərin sayı 60 mini keçib, ölkədə koronavirusa yoluxanların sayı isə 1 milyona yaxındır. Ştat qubernatorları ictimai səhiyyə üçün təhlükələr və son ayda 30 milyon amerikalının işsiz qalmasına gətirib çıxarmış karantinin iqtisadi nəticələri arasında balans tapmağa çalışır.
Corciya ABŞ-da yerli iqtisadiyyatın yenidən fəaliyyətə başlaması üçün geniş addımlar ataraq, idman zalları, gözəllik salonları və restoranlar kimi bizneslərin açıldığı ilk ştatdır.
Lakin bu biznes sahələrində sosial distansiya və ofislərdə sanitariya qaydalarına əməl olunması və işçilərdə qızdırma kimi koronavirus simptomlarının yoxlanılması tələb olunur.
Gözəllik salonun sahibi Şennon Stafford: “Biz temperaturu yoxlayırıq, müştərilərin hər hansı xidmətlərdən öncə anket dolduruğuna əmin oluruq və əllərin yuyulmasına diqqət edirik.”
Lakin Corciyada koronavirusa yoluxma halları artır.
İctimai səhiyyə ekspertləri iqtisadi nəticələrə görə karantinin erkən qaldırılmasının daha böyük yoluxma riski yarada biləcəyi ilə bağlı xəbərdarlıq edir.
Cons Hopkins Universitetində epidemioloq Ceyson Farli: “Biz iqtisadiyyatı açmaqla immunogiya baxım;ndan, yəni nə antiteli olan, nə də virusa yoluxmayan insanları virus riski qarşısında qoyuruq və nəticədə insan həyatlarını itirdiyimiz, xəstəxanalarda çox sayda insan;n olduğu vəziyyətə düşə bilərik.”
İşə qayıtmaq istəyən amerikalılar ölkə boyu etiraz nümayişləri keçirib. Lakin rəy sorğuları effektiv müalicə və ya vaksin hazırlayanmayana qədər epidemiyanın qarşısının alınması üçün bizneslərə və çox say insanın toplaşmasına məhdudiyyətlərin qoyulmasına güclü dəstək verildiyini göstərir.
Prezident Donald Tramp iqtisadi fəaliyyətlərin bərpası məsələsini ştatların öhdəsinə verib. Bu həftənin əvvəli o, müəssisələrin açılmasına və ölkə üzrə testlərin genişləndirilməsinə yardım məqsədilə yeni qaydaları açıqlayıb.
ABŞ prezidenti Donald Tramp: “İqtisadiyyatımızın sağlamlığını təmin etmək ölkəmizin sağlamlığını təmin etmək üçün çox vacibdir. Bu məqsədlər bir-biri ilə əlaqəlidir, yan-yana işləyir.”
Bəzi ştatlar da çox sayda iş yerlərinin itirilməsi və hökumətin işsizliyə görə yardımında boşluqlara görə çoxlarının ərzaq və kirayə haqqını ödəyə bilmədiyi bir vəziyyətə düşməsi ilə əlaqədar bəzi biznes sahələrinin açılmasına icazə verir. Lakin ekspertlərin bildirdiyinə görə, bu proses ləng ola biər.
Vanderbilt Universitetinin professoru Vilyam Şaffner: “Biz bunun öhdəsindən gələ bilib-bilməyəcəyimiz və ya vəziyyətə nəzarət edə bilib-bilməyəcəyimizi görə bilmək üçün bunu tədricən etməliyik. Burada balanslı hərəkət etməliyik.”
ABŞ-da epidemiyanın episentri olan Nyu Yorkda qubernator Endrü Kuomo Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin qaydalarına uyğun olaraq ştatda fəaliyyətlərin bərpası üçün mərhələli plan hazırlandığını bildirib. Birincisi, ştatlar COVİD-19 hallarının davamlı müddətdə azaldığını görməli, testləri artırmalı və riski qiymətləndirməlidir.
Nyu York ştatının qubernatoru Endrü Kuomo: “Biz fazalar arasında iki həftə müddət müəyyən edəcəyik ki, gördüklərimiz işlərin effektini müşahidə edə bilək. Addım atırıq. Onu monitorinq edirik.”
Bəzi biznes sahələri açılsa da virusun yayılması başqa sahələri bağlanmağa məcbur edir. Ət istehsalı sahəsində yoluxma hallarına görə bəzi kombinatların bağlanması tədarük zəncirində ərzaq çatışmazlığı və daha yüksək qiymətlərə gətirib çıxara biləcək fasilələrə səbəb ola bilər.