ABŞ-ın bölgədəki varlığının sonu gəlib - FOTO

ABŞ-ın bölgədəki varlığının sonu gəlib - FOTO

Bu sözləri Əli Əkbər Vilayəti Qumda keçirilən tədbirdə deyib

İslam İnqilabının Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Qumda keçirilən tədbirdə Amerika ilə bağlı açıqlamaları yadda qalıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Vilayəti çıxışı zamanı bildirib ki, bu gün İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general-leytenant Qasim Süleymaninin qanının bərəkətinə, amerikalıların Qərbi Asiya bölgəsindəki iştirak dövrü başa çatıb.

"Amerikalılar elə təsəvvür edirdilər ki, general Süleymanini terror etməklə müqavimət cəbhəsi sönüklüyə doğru gedəcək, amma İran, Suriya, İraq, Livan və Fələstindəki müqavimət mehvəri qüdrətin zirvəsində durur.", -deyə Əli Əkbər Vilayəti qeyd edib.

Vilayəti bildirib ki, general Süleymaninin amerikalılar tərəfindən terror edilməsi onların həddən artıq ağılsız olduğunu göstərdi.

"Amerikalıların bu cinayəti bir daha onların hesablama yanlışlığını üzə çıxardı.", -deyə Vilayəti əlavə edib.

Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri həmçinin axmaqcasına və xəbiscəsinə “əsrin sövdələşməsi” planının bütün fələstinli qrupların müttəfiq olmalarına səbəb olduğunu bildirib.

Xəbəri paylaş

VİDEOLAR