ABŞ-ın Bakıdakı səfirliyi Amerika vətəndaşlarını ehtiyat tədbirləri görməyə çağırıb.
Rasthaber Azərbaycan "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarını ehtiyat tədbirləri görməyə çağırıb.
Yaxın Şərqdə gərginlik artır, bu, xaricdəki ABŞ vətəndaşları üçün təhlükə yarada bilər. Bu səbəbdən səfirliyin personalı səfərləri minimuma endirmək barədə göstəriş alıb”, - səfirliyin saytında bildirilib.
Əsasən amerikalılara öz ətrafına diqqət yetirmək, turistlərin toplandığı yerlərdə sayıq olmaq, şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmək, sənədləri əl çatan yerlərdə saxlamaq tövsiyə edilir.
Fövqəladə vəziyyətdə ABŞ səfirliyinin və ABŞ Dövlət Departamentinin telefonlarına zəng etmək tövsiyə olunur.