Suriya ABŞ hərbçilərinin yerləşdiyi baza yaxınlığına raket hücumundan bir gün sonra Amerikadan öz hərbi qüvvələrini ölkədən dərhal və qeyd-şərtsiz çıxarmağı tələb edib.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
“Amerika tərəfi qeyri-qanuni olaraq Suriya ərazilərində yerləşdirdiyi hərbi qüvvələrini dərhal və qeyd-şərtsiz çıxarmalı, Suriya nefti və buğdasının oğurlanması və qaçaqmalçılığına son qoymalıdır. Qeyri-qanuni silahlı qruplaşmaları dəstəkləməməlidir”, - XİN-in bəyanatında deyilir.
ABŞ-ın Suriyada, əsasən, ölkənin cənubundakı Ət-Tənf bazası ilə şərqdəki neft yataqları arasında 900-ə yaxın hərbçisi var.