3.11.2021 12:37:41
Co Bayden administrasiyası ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudiyyətini başa vurmağı planlaşdırmır.
Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Yaxın Şərq işləri üzrə müavini Coui Hud bildirib.
O deyib ki, regiondakı döyüşqabiliyyətli qoşunların sayı azdır və onlar “həmkarların hazırlanması və onlara təlimatların verilməsi ilə məşğuldur”.