30.09.2021 12:23:50
Bu barədə ABŞ Xəzinə Nazirliyi məlumat yayıb
Rasthaber Azərbaycan xəbər verir ki, nazirlik Qətər ilə işbirliyində olan Livan Hizbullahı ilə əlaqəsi olan bir maliyyə şəbəkəsinə sanksiya tətbiq etdiyini bildirib.
Çərşənbə günü verilən açıqlamada, Livandakı Hizbullah ilə əlaqəli olan 8 nəfər və şirkətin "qara siyahı"ya düşdüyü qeyd edilib.
Sanksiyalarda Qətər şirkətlərinin də varlığı qeyd edilsə də, hansı şirkət olduğu hələ açıqlanmayıb.
ABŞ Xəzinə nazirliyi bundan öncə də, bir neçə şəxs və şirkəti Hizbullahla əlaqəsinə görə, sanksiyaya məruz qoymuşdu.
Livanda Hizbullahın nüfuzunu azaltmaq məqsədilə ABŞ yeni sanksiyalar da tətbiq edəcəyi gözlənilir.