Livan Hizbullahının İdarə Heyətinin sədr köməkçisi ABŞ XİN rəhbərinin fikirlərilə bağlı açıqlama verib.
Rasthaber Azərbaycan xəbər verir ki, Livan Hizbullahının İdarə Heyətinin sədr köməkçisi Şeyx Ali Damuş ABŞ Xarici işlər naziri Mike Pompeonun son açıqlamasına münasibət bildirib.
Şeyx Ali Damuş Pompenin Livanla bağlı fikirlərinin ABŞ-ın Livandakı siyasi maraqları olduğunu qeyd edərək deyib: “ABŞ Xarici işlər naziri Mike Pompeonun son açıqlamasında, Livandakı xalq etirazlarının Hizbullaha təzyiq etmək və onu zəiflətmək, mövqeyini zəiflətmək üçün bir fürsət olduğunu bildirdi. ABŞ Livandakı ünsürləri sayəsində xalqı təhrik edərək, xalqın küçələrdə olması və problemlərdən sui-istifadə etdiyini qəbul etməkdədir.”
Şeyx Damus sözlərinin davamında deyib ki, Livandakı son siyasi vəziyyətdən məlum oldu ki, ABŞ Hizbullah və müttəfiqlərini siyasi prosesdən kənarda saxlamaq və hökümətdə yer almasına maneə yaratmaq istəyir.
“ABŞ-ın Livanda öz diqtəsilə siyasi vəziyyət istəyir. Bu da Libanın deyil, ABŞ və İsrailin mənafeləri üçün nəzərdə tutulmuşdur.”, -deyə Livan Hizbullahının İdarə Heyətinin sədr köməkçisi Şeyx Ali Damuş qeyd edib.