ABŞ Hegemoniyasının enişinə şahid olacağıq

ABŞ Hegemoniyasının enişinə şahid olacağıq

Şeyx Naim Qasim bütün böhranlara baxmayaraq müqavimətin düşmənə qarşı hazır olduğunu bildirib.

Rasthaber Azərbaycan xəbər verir ki, Hizbullah liderinin müavini Şeyx Naim Qasim bütün böhranlara baxmayaraq müqavimətin düşmənə qarşı hazır olduğunu bildirib.

“Al Manar” telekanalına verdiyi müsahibədə Hizbullah rəsmisi “1996-cı ilin aprelində Livan işğalı zamanı müqaviməti məhv etmək üçün dünya İsrail ilə işbirliyi həyata keçirdi. Ancaq İsrail bu müharibədə rüsvayedici bir vəziyyətdə məğlub oldu, müqavimətə, mülki vətəndaşlara hücum və işğal vəziyyətində düşmənə raket atmaq imkanı verdi.”.- deyə qeyd edib.

Hizbullah rəsmisi Şeyx Naim Qasim, ABŞ və Avropa ölkələrinin koronavirus böhranı qarşısında məğlubiyyətinə işarə edərək deyib: “Koronavirus böhranının sonunda ABŞ hegemoniyası və suverenliyi təhlükə altına düşəcək, beynəlxalq əlaqələrdə dəyişikliyə və ölkələrin ABŞ-a qarşı mövqeyində fərqlilik ilə qarşı qarşıya qalacağıq.”

Seyid Nəsrullahın köməkçisi, Hizbullahın koronavirusla mübarizədə hökümətə olan dəstəyinin, işbirliyinin və addımlarının davam etdiyini önə çəkərək Hizbullahın Livanın bütün bölgələrində hər cür təcrübələrini istifadə etməyə hazır olduğunu bildirib.

Şeyx Naim Qasim Hizbullahın koronavirusla mübarizə planının əslində hökümətin fəaliyyətlərinə yardımçı olduğunu və onları dəstəklədiyini, Hizbullahın koronavirusa qarşı imkanlarını, qabiliyyətlərini istifadə etdiyini də əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR