Pentaqon Suriyada iki, İraqda 3 bazaya hücum etdiyini açıqlayıb.
Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ Ordusu İraqda “Haşdi Şabi”nin ən güclü briqadası olan “Kataib Hizbullah”ın İraq və Suriyadakı 5 bazasına hücum edib.
Pentaqon Suriyada iki, İraqda 3 bazaya hücum etdiyini açıqlayıb.
Pentaqon sözcüsü Jonathan Hoffman hücumun İraqın şimalında yerləşən Kərkük şəhərinin yaxınlığında ABŞ bazalarına hücuma cavab olaraq edildiyini bildirib.
"Vurulan obyektlərdən 3-ü İraqın, 2-si Suriya ərazisindədir. Bunlar "Kataib Hizbullah"ın koalisiya qüvvələrinə qarşı hücum hazırlayaraq gerçəkləşdirdikləri idarəetmə, qərargah məntəqələri və silah anbarlarıdır", - deyə Jonathan Hoffman deyib.
İraq tərəfinin açıqlamasına görə, hücumda 4 hərbçi ölüb, 30 hərbçi yaralanıb.
Qeyd edək ki, bir neçə gün öncə ABŞ koalisiyasına aid Kərkük yaxınlığındakı hərbi bazaya, amerikalılara aid anbara 8 minamyot raketi atılmış, 1 bir amerikalı tədarükçü ölmüş, bir neçə anbar işçisi yaralanmışdı.