İslam İnqilabının rəhbəri Əfqanıstandan danışdı
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Ayətullah Xamenei bu gün yeni prezident və Nazirlər Kabinetinin üzvləri ilə görüşdə amerikalıları diplomatiyanın pərdə arxasında və təbəssümlərinin və zahirən haqlı sözlərin arxasında vəhşi və yırtıcı canavarlar kimi xarakterzə edərək deyib: "Əlbəttə bəzi hallarda tülkü kimi hiyləgərdirlər ki, bunun bariz nümunəsi Əfqanıstandakı mövcud vəziyyətdir".
İslam İnqilabının Rəhbəri Əfqanıstanı dost və İranla eyni dilə, eyni dinə və eyni mədəniyyətə sahib olan ölkə adlandırıblar və insanların problemlərindən; o cümlədən cümə axşamı günü Kabil Hava Limanında baş verən hadisələrdən çox kədərləndiyini ifadə edərək buyurub: "Bu problemlər və çətinliklər ölkəni 20 il işğal edən və onun xalqına hər cür zülm tətbiq edən amerikalıların işidir".
"ABŞ Əfqanıstanın inkişafı üçün bir addım belə atmadı və bugünkü Əfqanıstan sivil inkişaflar və abadlıq baxımından 20 il əvvəldən geri qalmışsa da, irəlidə də deyil.",- deyə o bildirib.
Ayətullah Xamenei yeni Nazirlər Kabinetinin üzvlərinə xitabən xarici siyasətdə daha aktivliyin vacibliyini vurğulayaraq, əlavə edib: "Diplomatiyanın iqtisadi cəhəti gücləndirilməlidir və necə ki, bir çox ölkədə prezident özü iqtisadi diplomatiyanı izləyir, ölkənin iqtisadi diplomatiyası da bu baxışla gücləndirilməlidir".
İnqilab Rəhbəri 15 qonşu ölkə ilə, həmçinin bir-iki ölkə istisna olmaqla dünyanın digər ölkələri ilə xarici ticarətin genişləndirilməsini vacib və mümkün hesab edərək deyib: "Diplomatiya nüvə məsələsinin təsiri altında ona bağlı olmamalıdır, çünki nüvə məsələsi ayrı bir məsələdir ki, düzgün və ölkəyə uyğun şəkildə həll edilməlidir".
İslam İnqilabının Rəhbəri xatırladıb: "Amerikalılar nüvə məsələsində həqiqətən həyasızlığın həddini aşıblar və hamının gözü önündə nüvə anlaşmasından çıxdıqları bir halda indi elə danışırlar və tələbkarcasına çıxış edirlər ki, guya İslam Respublikası nüvə anlaşmasından çıxıb və öhdəliklərini yerinə yetirmir. Halbuki, ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra uzun müddət İran tərəfindən heç bir iş görülmədi və bir müddət sonra xəbərdarlıq etdikdən və məlumat verdikdən sonra öhdəliklərin hamısı deyil, bəziləri donduruldu".