ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına “yox” dedi

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına “yox” dedi

ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü tələb edən qətnamə layihəsinə veto qoyub.

Az.rasthaber.com xəbər verir ki, Fələstinin BMT-yə tam üzv olmasını tələb edən qətnamə layihəsi Əlcəzair tərəfindən 15 üzvdən ibarət BMT TŞ-də səsverməyə çıxarılıb.

ABŞ-ın “xeyr” səs verdiyi qanun layihəsinə 12 “hə” və 2 “bitərəf” səs verilib.

Böyük Britaniya və İsveçrə “bitərəf” qaldığı halda, Rusiya, Çin, Fransa, Əlcəzair, Malta, Ekvador, Qayana, Sloveniya, Sierra Leone, Mozambik, Cənubi Koreya və Yaponiya “bəli” səs verib.

Qətnamə layihəsinin qəbulu üçün 5 daimi üzvdən heç biri “xeyr” və ümumilikdə 9 “hə” səsinin alınması lazım idi. Qətnamə layihəsinin mətnində “Fələstinin BMT Baş Assambleyasının tamhüquqlu üzvü kimi qəbul edilməsi tövsiyə olunur", - ifadəsi yer alıb.

Xəbəri paylaş

VİDEOLAR