ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Filippindəki daha 4 bazaya hərbçilərin yerləşdiriləcəyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Pentaqondan verilən yazılı açıqlamada, Filippində Camilo Osias, Camp Melchor Dela Cruz, Balabac adası və Lal-lo hava limanı da daxil olmaqla 4 yeni bazanın Genişləndirilmiş Müdafiə Əməkdaşlıq Müqaviləsinin əhatə dairəsinə daxil olduğu açıqlanıb.
Qeyd edilib ki, əvvəllər bu əhatəyə daxil olan 5 bazaya əlavə olaraq, bu dörd bazaya ABŞ əsgərləri də yerləşdiriləcək.
Açıqlamada Hind-Sakit okean regionunda təhlükəsizlik, humanitar yardım və təbii fəlakətlər də daxil olmaqla əməkdaşlıq olacağı qeyd edilib.
ABŞ bundan əvvəl Filippinin müdafiə infrastrukturunu gücləndirmək üçün 82 milyon dollar vəsait ayırmışdı.