ABŞ Fars körfəzinə F-16 döyüş təyyarələri yerləşdirir

ABŞ Fars körfəzinə F-16 döyüş təyyarələri yerləşdirir

Pentaqonun yüksək səviyyəli rəsmisi ABŞ-ın bu həftə Fars körfəzinə F-16 döyüş təyyarələri göndərəcəyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksək səviyyəli rəsmisi deyib:

“Amerika bu həftə sonu Hörmüz boğazından keçən gəmiləri havadan qorumaq üçün Körfəz (Fars) bölgəsinə F-16 döyüş təyyarələri göndərəcək.

Suriyada heç bir bölgəni tərk etməyəcəyik və İŞİD ünsürlərinə qarşı bu ölkənin qərb bölgələrində uçuşlarımızı davam etdirəcəyik”.

Adı açıqlanmayan bu yüksək səviyyəli Pentaqon rəsmisi iddia edib ki, Vaşinqton Rusiyanın Suriya üzərində artan uçuşlarına qarşı mübarizə üçün bir neçə hərbi variantı nəzərdən keçirir.

Əl-Məyadin xəbər kanalının dünən verdiyi xəbərə görə, Vaşinqton İraq sərhədindəki əl-Valid qapısından Suriyanın şimal-şərqindəki Həsəkədəki bazalarına hərbi və logistik avadanlıq göndərib.

Son bir neçə gündə Amerika Deyr əz-Zordakı qeyri-qanuni bazalarına da çoxlu hərbi və logistika ləvazimatları köçürüb.

Xəbəri paylaş

VİDEOLAR