Onlarla ABŞ-lı diplomat və onların ailələri Səudiyyə Ərəbistanını tərk edəcəklər
Rasthaber Azərbaycan “Wall Street Journal”-a istinadən xəbər verir ki, bu gün onlarla ABŞ-lı diplomat və onların ailələri Səudiyyə Ərəbistanını tərk edəcəklər. Bu, krallıqda koronavirusa yoluxma hallarının kəskin artışının fonunda baş verir.
Mənbənin məlumatına görə, ABŞ Dövlət Departamenti ötən həftə bütün qeyri-fövqəladə personala ölkəni tərk etməyə icazə verib. Gözlənilir ki, yaxın həftələrdə daha çox diplomat Səudiyyə Ərəbistanını tərk edəcək.
ABŞ rəsmilərinin sözlərinə görə, ABŞ-ın ər-Riyaddakı səfirliyinin azı 30 əməkdaşı (əsasən amerikalılar) koronavirusa yoluxub, baxmayaraq ki, onlar mart ayından evdən işləyirdilər. (shafaqna)