ABŞ-dan Yəmənə hücum: 33 nəfər həyatını itirdi

ABŞ-dan Yəmənə hücum: 33 nəfər həyatını itirdi

ABŞ-ın Yəmənin Ras İsa limanına hücumu nəticəsində ölənlərin sayı 33-ə çatıb, 80 nəfərin yaralandığı bildirilir.

Az.rasthaber.com xəbər verir ki, ABŞ ordusu Yəmənin Ras-İssa neft limanına hava zərbələri endirib.

Yəmənin Səhiyyə Nazirliyindən verilən açıqlamada, “ABŞ-ın Ras İssa neft obyektinə hücumu nəticəsində 33 nəfərin öldüyü, 80 nəfərin yaralandığı” bildirilib.

Şəhid və yaralananların əksəriyyətinin liman işçiləri olduğu bildirilərkən, ölənlərin sayının daha da arta biləcəyi qeyd edilib.

Daha əvvəl hücumda 5 tibb işçisinin də həyatını itirdiyi bildirilmişdi.

Hudeyda əyalətindən verilən məlumata görə, ABŞ döyüş təyyarələri ən azı 14 uçuş həyata keçirib.

Xəbəri paylaş

VİDEOLAR