Ayətullah Xamenei Mübarək Ramazan ayının birinci günü Tehran müsəllasında təşkil edilən “Quranla üsniyyət” mərasimində deyib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Quranın baharı və İlahi ziyafət mövsumu olan Mübarək Ramazan ayının birinci günü İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə Tehran müsəllasında təşkil edilən “Quranla üsniyyət” mərasimi İmam Xomeyni (r.ə) hüseyniyyəsindən canlı yayımlanıb.
Mərasimdə iştirak edən Quran qariləri Quranın nurani ayələrindən tilavətlər ediblər.
İslam İnqilabının Rəhbəri mərasim çıxışında Quranın nazil olduğu Mübarək Ramazan ayının hilalının görünməsi münasibətilə hər kəsi təbrik etdikdən sonra Quranın insanların fərdi və sosial qanun və münasibətlərilə bağlı əməli və səadətbəxş qanunlarından bir neçəsini qeyd edib.
Ayətullah Xamenei bildirib ki, bəşəriyyətin zülm, ayrıseçkilik, müharibə, qeyri-sabitlik, dəyərlərin tapdalanmasından xilas olmasə, təhlükəsizlik, sağlamlıq və asayişə nail olması üçün Quranın praktiki göstərişlərinə əməl etmək lazımdır.
“Quranın praktiki göstərişlərindən bir qrupu həyatın nizama salınması formasını öyrədir. Əgər bu tənzimləmə güc, pul və şəhvətə əsaslansa, insan həqiqi və axirət həyatından məhrum olacaq. Əgər insanlar dünya həyatlarının binasını yaxşılıq və gözəllik əsasında qursalar dünyəvi mənfəətlərlə yanaşı həyatın həqiqi məqsədlərinə də mütləq nail olacaqlar”, - deyə İslam İnqilabı Rəhbəri əlavə edib.
İnqilabın Rəhbəri qeyd edib ki, sərvət və qüdrət kimi İlahi nemətlərin digər insanların həyatlarının abadlaşdırılması, ehtiyaclıların xilası, həmnövlərə yaxşılıq vasitəsinə çevirmək də Quranın praktiki göstərişlərindəndir.
Ayətullah Xameni onu da bildirib ki, Quranın ayələri və praktiki göstərişlərindən bir qrupuna əməl etmək sosial münasibətlərin tənzimlənməsinə səbəb olur: “Bu göstərişlərdən biri cəmiyyətdə qeybətin qadağan edilməsi, hətta düşmən və müxaliflər də olsa belə, insafla davranmaqdır”.
İnqilab Rəhbəri qeyd edib ki, əmin olmadığımız məsələlərə əməl etməməyimiz Quranın göstərişlərindəndir. Dünyada mövcud olan jurnalistikanın problemlərindən biri bu göstərişə əməl edilməməsi, bütün səylərin şayiə yaymaq və xəbər düzəltməklə məşğul olmağa sərf edilməsidir.
İslam İnqilabının Rəhbəri “Təəssüflər olsun ki, bizim cəmiyyətimizdə də belə hallar müşahidə edilir”, -deyə əlavə edib.
Zalımlara etimad və onlara meyl göstərməkdən çəkinmək, həyatda haqq, ədalət və insafa riayət etmək və əmanətə xəyanət etməməyin də İslamın göstərişlərindən olduğunu deyən Ayətullah Xamenei əmanətə xəyanət etməmək həm də məsuliyyət tələb edtdiyini qeyd edərək deyib: “Düşməndən qorxmamaq və qarşısında möhkəm dayanmaq Quranın mühüm göstərişlərindəndir. Bəzi İslam dövlətlərinin bu günkü vəziyyəti və zalım dövlətlər tərəfindən təhqir edilməsi onların düşmənlərdən qorxmasının nəticəsidir”.
O, İmam Xomeyninin hegemon dövlətlərdən qorxmamaqla bağlı verdiyi böyük dərsə işarə edərək “ABŞ-dan qorxmağın acı nəticələri olacaq. Biz keçən illərdə bəzi hökumətlərimizin ABŞ-dan qorxmasının onlara hansı böyük çətinlikləri yaratdığını gördük”, - deyə əlavə edib.
İslam İnqilabının Rəhbəri qeyd edib ki, diqqətlə və Allahı xatırlamaq üçün qılınan namaz, xüsusilə Mübarək Ramazan günlərində tövbə etmək, Allahdan əvf və bağışlanma diləmək ruhi yüksəlişə zəmin yaradır.
Ayətullah Xamenei çıxışının sonunda xalqın, müsəlmanların, xüsusilə İslam ölkələri və məsul şəxslərin problemlərin şəfaverici resepti olduğu üçün Quranın praktiki göstərişlərinə əməl edəcəklərinə ümidvar olduğunu deyib.