ABŞ-dan İsrailin Cenində törətdiyi cinayətlərə dəstək

ABŞ-dan İsrailin Cenində törətdiyi cinayətlərə dəstək

İşğalçı sionist rejimin İordan çayının qərb sahilindəki Cenin düşərgəsində fələstinlilərə qarşı açıq-aşkar cinayəti və qətli ilə bağlı çoxsaylı video və görüntülərin dərc edilməsinə baxmayaraq, Vaşinqton Təl-Əvivin cinayətini dəstəkləyib.

Az.rasthaber.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Vaşinqtonun HƏMAS və İslami Cihad da daxil olmaqla Fələstin müqavimət qruplarına qarşı sionist müvəqqəti rejimin özünümüdafiə haqqını dəstəklədiyini iddia edib.

ABŞ Dövlət Departamentinin sözçüsü deyib: “Biz İordan çayının qərb sahilindəki hadisələrlə bağlı xəbərləri görmüşük və vəziyyəti yaxından izləyirik.

Biz İsrailin öz xalqını HƏMAS, İslami Cihad və digər terror qruplarına qarşı müdafiə etmək hüququnu dəstəkləyirik.

Mülki əhalinin həyatının zərər görməməsi üçün bütün lazımi tədbirlər görülməlidir. Bu gün baş verən hadisələr göstərir ki, İsrail və Fələstin təhlükəsizlik qüvvələri birgə işləməlidir”.

Xəbəri paylaş

VİDEOLAR