ABŞ-dan İsraildəki səfirlik işçilərinə QADAĞA

ABŞ-dan İsraildəki səfirlik işçilərinə QADAĞA

İşğal altındakı Qüdsdəki Amerika səfirliyi səfirlik əməkdaşlarına və onların ailələrinə Tel-Əviv, Qüds və Beer-Şeba şəhərlərindən kənara çıxmamaq barədə xəbərdarlıq edib.

Az.rasthaber.com xəbər verir ki, səfirliyin yazılı bəyanatında deyilir:

"Böyük ehtiyatla ABŞ hökuməti (səfirlik) əməkdaşlarına və onların ailə üzvlərinə növbəti xəbərdarlıq edilənə qədər Təl-Əviv, Qüds və Beer-Şeba şəhərlərindən kənara çıxması qadağan edilib". 

Açıqlamada ABŞ səfirliyinin əməkdaşlarının şəxsi səyahətləri üçün bu üç şəhər arasında hərəkət etməsinə icazə verildiyi bildirilib:

“Son təhlükəsizlik insidentlərinə cavab olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən ABŞ səfirliyi ABŞ dövlət işçilərinə məhdudiyyət və ya qadağa qoya bilər”.

Amerikanın işğal olunmuş Fələstindəki səfirliyi İranın cavabından qorxaraq işçilərinə və onların ailələrinə Tel-Əvivi, işğal olunmuş Qüds və Beer-Şebanı tərk etməməyi tövsiyə edib.

Bu elana əsasən, ABŞ səfirliyinin əməkdaşları bu şəhərlər arasında səyahət edə biləcəklər.

Xəbəri paylaş

VİDEOLAR