ABŞ, dolayı yolla aparılan nüvə danışıqlarında əngəlləyici mövqeyini davam etdirərkən, İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Az.rasthaber.com xəbər verir ki, Əl-Cəzirənin məlumatına görə, ABŞ Xəzinə Nazirliyi İranla əlaqəli bəzi şəxs və qurumlara qarşı yeni sanksiyaların tətbiq olunduğunu açıqlayıb.
Bu sanksiyalar, İranla ABŞ arasında dolayı yolla aparılan nüvə danışıqlarının hələ də davam etdiyi bir dövrdə həyata keçirilir. ABŞ, əngəlləyici mövqeyi ilə danışıqları çıxmaza sürükləmək niyyətindədir.
Mehr xəbər agentliyinin məlumatına görə, dolayı nüvə danışıqlarının əvvəlində İranın uran zənginləşdirməsi ilə bağlı hər hansı bir problemlərinin olmadığını və İranın hərbi nüvə fəaliyyətləri ilə məşğul olmasını istəmədiklərini iddia edən sabiq prezident Donald Tramp da daxil olmaqla amerikalı rəsmilər, danışıqların irəliləməsi və İranın nüvə proqramının dinc məqsədlərdən uzaqlaşdığına dair heç bir sübutun tapılmaması fonunda mövqelərini dəyişərək, İranın uran zənginləşdirmə fəaliyyətlərini tamamilə dayandırmalı olduğunu irəli sürüblər.