ABŞ-ın Kaliforniya ştatına bağlı Kolusa bölgəsində özəl vertolyot qəzaya uğrayıb.
Rasthaber xəbər verir ki, bu barədə Mülki Aviasiya Federal İdarəsi və Nəqliyyatda Təhlükəsizlik Milli Şurası məlumat yayıb.
Məlumata görə, qəza zamanı dörd nəfər həlak olub.
Regionun polisi vertolyotun avqustun 1-də günortadan (yerli saatla 13:15) sonra qəzaya uğradığını bildirib.
Hadisə ilə bağlı araşdırma təyin edilib.
Qəzanın təhqiqatı Mülki Aviasiya Federal İdarəsi və Nəqliyyatda Təhlükəsizlik Milli Şurasının (NTSB) əməkdaşları tərəfindən aparılır.