ABŞ-da uşaqlara qoyulan populyar adlar: İlk onluğa Məhəmməd daxil oldu

ABŞ-da uşaqlara qoyulan populyar adlar: İlk onluğa Məhəmməd daxil oldu

Sosial təminat proqramının məlumatlarına görə, Məhəmməd adlı 2000-ci ildə 620-ci yerdən yuxarı qalxmağa başlayıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Məhəmməd adı ABŞ-da yeni dünyaya gələn oğlanlara ən çox qoyulan adlar siyahısında ilk dəfə olaraq ilk 10-a girib.

Valideynlər üçün nəzərdə tutulan BabyCenter vebsaytında yer alan məlumata görə, qız adları arasında ilk onluğa Aliya adı daxil olub.

Məhəmməd və Aliyə 10-cu yerdən Meyson və Layla adlarını çıxarıb.

Müqayisədə ən ənənəvi kişi adı hesab edilən Con adı 42-ci yerdə gəlir.

Məhəmməd adı uzun müddətdiq dünya boyu ən populyar adlar siyahısında yuxarı yerlərə qalxırdı. Ona görə də biz bilirdik ki, yaxlnlarda bu ad ABŞ-da da ilk onluğa girəcək”, - deyə, BabyCenter adlı beynəlxalq saytın baş direktoru Linda Mürrey bildirib. “Müsəlman ailələr tez-tez Məhəmməd peyğəmbərə hörmət əlaməti olaraq və uşağa xeyir-dua məqsədi ilə ilk övladlarına Məhəmməd adını qoyurlar”, o əlavə edib.

Sosial təminat proqramının məlumatlarına görə, Məhəmməd adlı 2000-ci ildə 620-ci yerdən yuxarı qalxmağa başlayıb.

Babycenter-in məlumatına əsasən, Böyük Britaniyada Məhəmməd adı artıq ard-arda üç ildir ən populyar oğlan adıdır.

Xəbəri paylaş

VİDEOLAR