ABŞ-da tornado nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

ABŞ-da tornado nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

ABŞ-ın Tennessi ştatında yüğyan edən tornado nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “CNN” ştatın fövqəladə hallar idarəsinə istinadən məlumat yayıb.

Ölüm hallarının əksəriyyəti – 16 nəfər – Patnam dairəsində qeydə alınıb. Benton, Uilson və Devidson dairələrində 6 nəfər ölüb.

Budan əvvəl “Associated Press” 19 nəfərin ölməsi barədə xəbər yaymışdı. Neşvill şəhərinin yanğından mühafizə xidmətinin rəhbəri Uilyam Suonn 156 nəfərin də xəstəxanalara yerləşdirildiyini bildirib. Tornado 48 tikilinin dağılmasına və elektrik xətlərinin sıradan çıxmasına səbəb olub. Ştatda 47 mindən çox sakin elektrik enerjisindən məhrum olub.

Xəbəri paylaş

VİDEOLAR