ABŞ-da yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 9345 nəfərə çatıb.
Rasthaber Azərbaycan-ın "trend"ə istinadən verdiyi məlumata görə, bu barədə Cons Hopkins Universitetindən bidiriblər.
Məlumata əsasən, koronavirusa yoluxanlardan 150 nəfəri dünyasını dəyişib, 106 nəfəri isə sağalıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada 200 mindən artıq insanın yeni növ koronavirusa yoluxduğunu, 8 mindən artıq insanın isə bu virusdan öldüyünü bildirib.