ABŞ-da koronavirusa yoluxanların sayı 500-ə çatır

ABŞ-da koronavirusa yoluxanların sayı 500-ə çatır

ABŞ rəsmiləri dünən bildiriblər ki, bu ölkədə koronavirusa yoluxanların sayı 470 nəfərə çatıb

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, ABŞ-da koronavirus sürətlə yayılır.

Hazırda Amerikanın 20-dən çox ştatı bu virus ilə mübarizə aparır.

Amerika xəstəxanalar cəmiyyəti dünən bildirib ki, ehtimal üzrə 96 milyon amerikalı bu virusa yoluxacaqdır ki, onların 480 min nəfəri öz həyatını itirəcəkdir.

İndiyədək 19 amerikalı koronavirusa yoluxma nəticəsində həyatını itirib.

Donald Tramp hökumətinin koronavirus epidemiyası qarşısındakı fəaliyyətilə bağlı Amerikada nigarançılıqlar artıb və hətta bu ölkəni bəzi ştatlarında fövqəladə vəziyyət elan olunub.

"Trusout"(Truthout) amerikan saytı son zamanlar Amerikada 28 milyon nəfərin sığorta xidmətlərindən məhrum olduğunu bildirərək, bu ölkədə koronavirus epidemiyasını bir faciə adlandırıb.

Koronavirus epidemiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərindən başlanıb.

Bu virus hazırda Çindən əlavə, 103 ölkəyə də sirayət edibdir.

Son məlumatlara görə, indiyədək dünyada 106 min nəfərdən çox insan bu virusa yoluxub. Bu miqdardan 60 min nəfərdən çox insan sağalıb, təqribən 3600 nəfər isə vəfat edib.

Xəbəri paylaş

VİDEOLAR